- QARA SUVAQ İŞLƏRİ
- FASAD İSTİLİK İZOLASİYA İŞLƏRİ
- VENTİLASİYA OLUNAN FASAD SİSTEMLƏRİ
- FASAD KERAMİKA İŞLƏRİ
KATALOQ
2024-ci il Təqdimatımızı yükləyin
FASAD İSTİLİK İZOLASİYA İŞLƏRİ
İstilik izolyasiya işlənəcək fasadlar müxtəlif materiallarla işlənə bilər. Bunların sırasında EPS, XPS, Kvars yunu və Daş yunu materialları mövcuddur. İlk öncə işlərin görülməsi üçün tikilinin əyriliklərini təyin etmək üçün mayakların qurulması işləri aparılır. Mayaklara əsasən tikilinin inşası zamanı buraxılmış əyriliklər bəlli olur. Tikililərdə əyriliklərə əsasən qara suvaq ilə aradan qaldırıla bilər və bunu etdikdə yapışdırıcı materialların sərfiyyatıda azalmış olacaqdır. Və ya bu cür əyriliklərin aradan qaldırılması 2 sm-ə qədər yapışdırıcı ilə ondan daha çox olduqda isə istilik izolyasiya materiallarının qalınlığı ilə tənzimlənir. Ümumiyyətlə istilik izolyasiya sistemləri edilən fasadlarda qara suvaq ehtiyyacı yoxdur. Mayaklar qurulduqdan sonra Suvaq, Daş, beton və qazobeton materiallar üzəri xüsusi olaraq daxilə nüfuz etmə qabiliyyəti olan yüksək keyfiyyətli astar qatı ilə astarlanır. Bundan sonra istilik izolyasiya materiallarının yapışdırılması üçün yapışdırıcı istehsalçının göstərdiyi qaydada hazırlanır. Hazırlanmış yapışdırıcı istilik izolyasiya materialına vurularaq divarda əvvəlcədən qurulmuş mayaklara əsasən yapışdırılır. Yapışdırıcı ilə yapışdırılmış istilik izolyasiya materialları yapışdırıcının tam qurumasından sonra xüsusi olaraq Plastik içi metal mismarlı başlığı termobaşlıqlı istilik izolyasiya dupelləri ilə bərkidilir. Dupellərin vurulması tikilinin forma və texniki göstəricilərindən asılı olaraq 7 – 12 ədəd 1m2 olmaqla vurulur. Dupel işlənmiş ərazilər dərhal sonra üzərinə üzlük material vurulmaqla şüşə lifli qələvi mühitə dayanıqlı 145-165 qr/m2 çəkiyə malik fasad toru ilə möhkəmləndirilir. Pəncərə kənarları və digər çıxıntılar öncədən xüsusi detallarla möhkəmləndirmə işləri görülür. Bundan sonra qat olaraq memarlığa uyğun olaraq ehtiyyac olduğu təqdirdə müxtəlif formalı bəzəklərin fasada quraşdırılması işləri aparılır. Quraşdırılan bəzəklər daş yunu, EPS və ya hazır EPSdən hazırlanmış Termo aqlaylardan ola bilər. Üzlük suvaq tam quruduqdan sonra sistemin növbəti qatı olan xüsusi kvars dənəcikli astar qatı vurulur. Astar qatı vurulduqdan 24 saat sonra üzərinə memarlıq layihəsinə əsasən dekorativ suvaq, boya və ya art beton işləri ola bilər. Ən son qat olaraq minimum 2 qat olmaqla silikon, silikat-silikon əsaslı fasad boyaları vurulur.
Bundan əlavə olaraq bu işlərin görülməsi zaman müxtəlif nüanslarda nəzərdən qaçırılmalı deyildir. Bunlardan pəncərə kənarlarının xüsusi olaraq qermetikləşdirilməsidir ki, bunun üçün xüsusi olaraq pəncərə kənarı təmas profilindən (iç köşədə deyilən) istifadə edilməlidir. Bu profilin unikal xüsusiyyəti sayəsində pəncərə qapı boşluqlarının kənarlarından su və hava axının keçməsinin qarşısını almış olur. Çünkü metal, plastik və ya aluminium pəncərə profilləri sement əsaslı üzlüklərlə vəhdət təşkil edə bilmir və buda istismar dövrü ərzində pəncərələrin kənarlarında mikro çatların əmələ gəlməsinə gətirib çıxarır.
Digər nüanslardan biri üzlük işlərinə başladıqda ilk öncə pəncərə və qapı boşluqlarının künc hissələrinə xüsusi olaraq şüşə lifli qələviyə dözümlü torla möhkəmləndirmə işlərinin aparılmasıdır. Bu imkan verir ki, pəncərə və qapı boşluqlarının ən zəif hissəsi olan künc hissələrdə istismar müddətində çatlar əmələ gəlməsin.
Fasadlarda istilik izolyasiya plitələrinin dupellənməsidə ən mühim şərtlərdən biri olmaqla bu sistemin uzun ömürlülüyünə xidmət göstərir. Belə ki, daş yunu materialının fasadda uzun müddət möhkəm qalmasını məhz dupellər təmin edir. Dupellər xüsusi olaraq 1-ci klass Plastikdən istehsal olunan və içliyi minimum 4,5 mm-lik dəmir içliyə malik olmalıdır. Dəmir içliklər xüsusi olaraq başlıqları temo başlıq olmalıdır ki, sonradan fasadlarda ləkələr əmələ gəlməsin. Dupel fasadın formasından, hündürlüyündən və fasadın son qatının formasından asılı olaraq müxtəlif sayda vurula bilər.
İstilik izolyasiyalı fasadların ən mühim üstünlükləri aşağıdakılardır:
Enerji effektivlik – Kommunal xərclərdə qənaət
Səs izolyasiya xüsusiyyəti
Nəmişliyə qarşı dayanıqlılıq
Tikilinin xarici təsirlərdən qorunması və onun istismar müddətinin uzadılması
Evin daxili mikroiqlimin yaxşılaşması
BİZƏ YAZIN
Sorğunuzu Göndərin
Baş Ofis
Məmməd Araz küçəsi 25 B
