- QARA SUVAQ İŞLƏRİ
- FASAD İSTİLİK İZOLASİYA İŞLƏRİ
- VENTİLASİYA OLUNAN FASAD SİSTEMLƏRİ
- FASAD KERAMİKA İŞLƏRİ
KATALOQ
2024-ci il Təqdimatımızı yükləyin
QARA SUVAQ İŞLƏRİ
Fasadların əyriliklərinin təyin olunması üçün ilkin olaraq mayakların qurulması işləri aparılır. Mayaklara əsasən yüksək keyfiyyətli sement -qum məhlulu hazırlanır və fasadda qara suvaq işləri ilk öncə görülür. Suvaq vurulmuş divar tam quruduqdan və möhkəmliyini aldıqdan sonra üzərinə şüşəlifli 4x4 (5x5) boşluqlu qələvi mühitə davamlı möhkəmləndirmə toru ili birlikdə üzlük suvaq qatı vurulur. Üzlük suvaq qatının vurulmasında səbəb fasad da sonradan əmələ gələ biləcək xırda çatların qarşısının alınması və fasadın daha da düzləşdirilməsi üçündür. İstəyə əsasən tikilinin yerləşdiyi sahədən asılı olaraq qara suvaq işləri görüldükdən sonra xüsusi daxilə nüfuz edə bilən astar qatı vurulur. Bununla fasad qar suvağı daha da möhkəmlənir və nəmişliyə qarşı dahada dayanıqlı olur. Astar qatından sonra istəyə əsasən ya sadə fasad üzlüyü ilə şüşəlifli fasad toru vurula bilər və ya xüsusi olaraq nəmişliyə davamlı sement əsaslı ağ fasad alçısı vurula bilər. Bundan sonra qat olaraq memarlığa uyğun olaraq ehtiyyac olduğu təqdirdə müxtəlif formalı bəzəklərin fasada quraşdırılması işləri aparılır. Quraşdırılan bəzəklər daş yunu, EPS və ya hazır EPSdən hazırlanmış Termoaqlaylardan ola bilər.Bəzəklər quraşdırıldıqdan sonra bütün fasad səthi xüsusi olaraq polimer tərkibli astar qatı ilə işlənir. Memarlıq görüntüsünə əsasən son qat olaraq dekorativ suvaq, boya və ya art beton işləri ola bilər. Ən son qat olaraq minimum 2 qat olmaqla slikon, slikat-slikon əsaslı fasad boyaları vurulur.
BİZƏ YAZIN
Sorğunuzu Göndərin
Baş Ofis
Məmməd Araz küçəsi 25 B
