Suallarınız var? Bizə zəng edin! varmı?

 

KATALOQ

2024-ci il Təqdimatımızı yükləyin

VENTİLASİYA OLUNAN FASAD SİSTEMLƏRİ

Ventilyasiya olunan fasad sistemləri ölkəmizdə son dövrdə daha da populyarlaşmağa başlayan fasad sistemlərindən bir digəridir. Bu sistem digərlərindən vizual görüntüsü və uzunömürlülüyü ilə seçilir. Beləki bu sistemin son qatı əsasən Keramik örtük olduğu üçün atmosfer atqılarına qarşı daha davamlı olur və tikilini istismar müddətini dahada artırır. Sistemin əsasını aşağıdakı elementlər təşkil edir:

  1. Fasad ankerləri
  2. L, П – Ankerlər
  3. T,П, qutu şəkilli və s. Formalarda olan istiqamətləndirici profillər
  4. Pərçim və özüdeşən şruplar
  5. İstilik izolyasiya qatı
  6. Nəm və Külək izolyasiya membranı
  7. İstilik izolyasiya və membranın sabitlənməsi üçün dupellər
  8. Keramika asqı sistemləri
  9. Keramik plitələr

İşlərin görülmə ardıcıllığı ümumi olaraq belədir. Tikilinin üzərinə son qat olaraq tətbiq ediləcək keramik məhsulun ölçüləri və çəkisinə görə, memarlıq cizgilərinə əsasən binada tətbiq ediləcək L, П – ankerlərin vurulur. L, П – ankerlər xüsusi olaraq binanın fasad materiallarına əsasən təyin edilmiş ankerlərlə fasada sabitlənir. Bundan sonra fasad da izolyasiya qatı və membranın vurulması işləri aparılır. İzolyasiya işlərindən sonra İstiqamətləndirici profillər düzlük alınmaqla sabitlənir. Bundan sonrakı mərhələdə Keramika asqı sisteminin istiqamətləndirici profillərə bərkidilməsi işləri aparılır. Keramik plitələr asqı sisteminə uyun olaraq sabitlənir.
Keramik fasad sistemidə digər bütün sistemlər kimi müxtəlif nüanslardan ibarətdir. İlk öncə düzgün konstruksiya elementləri hesablanmalı və asqı sistemi təyin edilməlidir. Bundan əlavə fasad işlərinin başlanması ilə birlikdə pəncərə kənarlarının qermetikləşdirilməsi üçün xüsusi bantlardan istifadə edilir. Binanın hündürlüyündən və formasından asılı olaraq alt konstruksiya işlərində sərf ediləcək materialların xarakteristikaları təyin edilir.

Images BİZƏ YAZIN

Sorğunuzu Göndərin